SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlu 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

BAKU.WS xəbər verir ki, Psixiatriya Xəstəxanasına yerləşdirildikdən sonra M.Hacıyevin görüntüsü yayılıb.

BAKU.WS-in "qaynar xətti"nə müraciət edən və Rusiyada müğənni kimi fəaliyyət göstərən şəxs 17 yaşlı Məhəmmədin əslində heç bir psixoloji probleminin olmadığını deyib. O, həmçinin həmin uşaq evinə yardım aparan zaman yeniyetmə ilə rastlaşdığını və onun adekvat biri olduğunu bildirib. Qeyd edək ki, görüntü 3 ay əvvəl çəkilib. 

Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

BAKU.WS
VİDEO