SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda nəqliyyat vasitəsinin yol hərəkətindən kənarlaşdırılması hallarının sayı artır.
 
Avtosfer.az-ın xəbərinə görə, məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb. Təklif edilən dəyişiklik icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla, yüklənən iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə, Dövlət Yol Polisi (DYP) əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin yol hərəkətində iştirakdan kənarlaşdırılmasını və göstərilən səbəblər aradan götürülənədək müvəqqəti olaraq DYP-nin mühafizə olunan duracaqlarında saxlanılması üçün nəqliyyat vasitələrini müəyyən edilmiş qaydada oraya göndərilməsini nəzərdə tutur. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati protokola əlavə edilməli, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilməlidir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
 
BAKU.WS