SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Göyçay rayon Mərkəzi Xəstəxanasının səhifəsində səhiyyə işçilərinin pambıq yığımına cəlb edilməsi haqda yayılan xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu haqda tənqidi fikirlər səsləndirilir.

Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AzVision.az-a faktı təsdiqləyib. Bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən səhiyyə işçiləri pambıq yığımına kömək ediblər.

"Rayonun icra başçısı tərəfindən təklif irəli sürüldü ki, pambıq yığımına bütün müəssisələr tərəfindən kömək edilsin. Çünki güclü yağışlar başladığından pambıq vaxtında yığılmasa, məhsul xarab olacaq. Bu səbəbdən digər kollektivlər kimi biz də kömək etdik. Həkimlər və tibb işçiləri pambıq yığımına getməyib. Aşağı vəzifəli tibb işçiləri köməyə cəlb olunub. Onlar iş vaxtından əlavə pambıq yığmağa gediblər”, -deyə baş həkimin müavini vurğulayıb.
 
BAKU.WS