SİZİN REKLAM BURADA!
055 213 76 73


“Şamaxı yolunda qəzaya düşən “Mingəçevir” futbol klubunun idman direktoru Zaur Qarayevin durumu digərlərinə nisbətən daha ağırdır. Bu səbəbdən də o, əvvəlcə Şamaxı Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra isə klub rəsmisi Bakıya göndərilib”.

Bu barədə BAKU.WS-ə açıqlamasında “Şamaxı” futbol klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov bildirib.

Onun sözlərinə görə, “Mingəçevir” futbol klubunun geri qayıtması üçün nəqliyyat vasitəsi ayrılıb və onlar yoldadırlar:

"Baş verən hadisəyə görə biz də təəssüflənirik. Klub tərəfindən nə lazım olarsa, etməyə hazırıq". 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi “Mingəçevir” futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mersedes-Benz” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS