SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədən Azərbaycana avtobus reyslərinin yaxın müddətdə fəaliyyətini bərpa edəcəyi bildirilir.

BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkədə müzakirələr gedir.

Bəzi paylaşımlar zamanı Bakı-İstanbul və İstanbul-Bakı istiqamətində tur-paketlərin məbləği də açıqlanıb. Belə ki, hər iki istiqamət üzrə 140-160 manat xərcləməklə avtobusla səfər etməyin mümkün olacağı deyilir.

Məsələnin aktuallığını və insanların maraq dairəsini nəzərə alaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq və qurumdan məlumatın nə dərəcədə dəqiq olmasını aydınlaşdırdıq. Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılıb:

"Bununla bağlı quru sərhədlər hələ ki, bağlıdır və sərnişindaşıma fəaliyyətə həyata keçirilmir. Türkiyədən Bakıya birbaşa reyslərə gəlincə, gələcəkdə hökumət səviyyəsində bunununla bağlı qərar qəbul olunacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək".

Orxan Hüseyn
BAKU.WS