SİZİN REKLAM BURADA!
055 213 76 73


Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə Şabran rayonunda keçirilib və Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış terraslarda 4 000-dən çox müxtəlif növ ağac tingi əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov BAKU.WS-ə bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri, eyni zamanda, Masallı, Sabirabad, Ağcabədi, Qəbələ və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində aparılıb:

“Gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 13 000-dən artıq müxtəlif növ ağac tingi əkilib”.

BAKU.WS