SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda dini ekstremizmlə məşğul olan dini qurumlar məhkəmə qaydasında ləğv ediləcək.

BAKU.WS xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsində bu gün müzakirə olunan "Dini etiqad azadlığı haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Hazırda dini mərkəz və idarələr dini qurumların dini ekstremizm fəaliyyəti ilə məşğul olması barədə məlumata malik olduqda həmin dini icmaların və təsisçilərinin dəyişdirilməsi və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırır. Dəyişikliyə əsasən, bundan sonra dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan ediləcək.

Qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
 
BAKU.WS