VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda "İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

BAKU.WS bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
 
Deputat bildirib ki, yeni qanun layihəsi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. Daha sonra isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinə daxil olacaq:
 
"İşsizlərin icbari tibbi sığortasından bəhs edən bu yeni qanun layihəsi artıq Nazirlər Kabinetinə verilib və daha sonra isə müzakirə üçün bizim komitəyə daxil olacaq".
 
Hadi Rəcəbli "İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsinin əsas mahiyyətini və nəyə xidmət edəcəyini də açıqlayıb:
 
"Bu yeni qanun layihəsi müəssisələrdə işəgötürənlər, eyni zamanda dövlət qurumları tərəfindən əmək haqqının 0,5 faizi miqdarında ola bilən sığorta fondları yaradılacaq. Bu məbləğ yalnız işsizlərə yemək üçün verilməyəcək. Əsas məqsəd o olacaq ki, həmin sığorta fondlarına yığılan pul vəsaitləri yeni iş yerlərinin açılmasına da sərf olunacaq", - deyə komitə sədri bildirib.
 
BAKU.WS