SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda fəaliyyət göstərən "KFC" restoranlar şəbəkəsində xoşagəlməz hal ortaya çıxıb.
 
BAKU.WS-in məlumatına görə, Aytəkin Qardaşova adlı xanım restoranda qəribə bir halla qarşılaşıb. Belə ki, xanım müştərilərdən qalan istifadə olunmuş plastik su qablarının zibil qutusuna deyil, kassaya təhvil verildiyini görüb. Bir müddət eyni vəziyyəti müşahidə etdikdən sonra xanım yaxınlaşaraq KFC işçilərindən vəziyyəti öyrənməyə çalışıb: 
 
"Sual verdim ki, "İstifadə edilmiş qabları niyə bura yığırsız? Su töküb yenidən istifadə üçün müştərilərə qaytaracaqsız?" Cavab tapa bilməyən oğlan tutulub qaldı. "Yox, xanım, aparıb "kranta" boşaldacağıq" deyə bildirdi. Yəni, işçi platsik qabların yuyularaq yenidən istifadə olunduğunu etiraf etdi. Beş dəqiqə çəkmədi ki, qabların hamısını yox elədilər".
 
Qeyd edək ki, istifadə olunmuş plastik qabların yenidən istifadəsi həm gigiyenik baxımdan yolverilməzdir. Bu cür halların qarşısını almaq üçün plastik qabları istifadədən sonra yararsız hala salmamış zibil qutusuna atmayın və ya restoranda qoyub çıxmayın.
 
Nazim Babayev
BAKU.WS