SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mövcud hava şəraiti ilə bağlı Goranboyun adıçəkilən yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib”.

Bu barədə BAKU.WS-ə “Azərişıq” ASC-dən bildirilib.

Qeyd olunub ki, hadisədən dərhal sonra qəza xidmətinin əməkdaşları əraziyə yollanıb və qısa zamanda baş verən fasilə aradan qaldırılıb:

“Hazırda ölkə üzrə dayanıqlı və keyfiyyətli elektrik enejrisi təchizatı davam etdirilir. İstehlakçılardan xahiş edirik ki, baş verən hər hansı qəza yaxud kəsinti halı ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə məlumat versinlər”.

***23.02.2023 23:07

Yağışlı hava şəraiti səbəbindən Goranboyun bir neçə kəndində elektrik enerjisinin verilməsində problemlər yaranıb.

BAKU.WS-in report-a istinadən məlumatına görə, bir saatdan çoxdur ki, Goranboy rayonunun Boluslu, Məşədiqaralar və Eyvazalılar kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Kəndin sakinlərinin bildirdiyinə görə, bu kəndlərdə elektrik enerjisinin verilməsində yaranmış fasilələr əsasən hava şəraiti səbəbindən olur.

Sakinlər, küləkli və ya yağıntılı hava şəraiti müşahidə olunan zaman bir xətt üzərinə olan bu kəndlərdə elektrik enerjisinin verilməsində problemlər yaranır.

Adiəti qurumlardan isə bildirilib ki, hazırda yaranmış problemin həlli ilə məşğul olunur və qısa zamanda adı çəkilən kəndlərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.

BAKU.WS