SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İranın Mahan Air aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib. 

Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri Airbus A310 layneri ilə yerinə yetirilməsi planlaşdırılır. 

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və ATA Airlines aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.

BAKU.WS