SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) səhətti pisləşib. 

Bu barədə aktrisanın həmkarı Ülviyyə Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə Əliyevanın temperaturu çox aşağı olduğu üçün onu xəstəxanaya yerləşdiriblər: 

"Tünzalə ötən gün təcili olaraq xəstəxanaya aparılıb. Bacısı ilə danışdım. Mən işdən çıxanda gec idi deyə xəstəxanaya gedə bilmədim. Daha sonrav bacısı temperaturunun 34 dərəcəyə düşdüyünü dedi. Biraz əvvəl də əlaqə saxladım. İndi vəziyyəti ortadır".

Xatırladaq ki, Tünzalə Əliyeva uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

Zöhrə Pənahi
BAKU.WS