SİZİN REKLAM BURADA!
055 213 76 73



"Ərəb ölkərələrindən Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 8 dəfə çoxdur. Bu sahədə aparılan dövlət siyasəti artıq müsbət nəticəsini verir”.

BAKU.WS xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri Bakıda turizm işçilərinin peşə bayramı münasibəti ilə keçirilən mətbuat konfransda deyib:

"Sevindirici haldır ki, təkcə ərəb ölkələrindən yox, Rusiya və Qazaxıstandan da çoxsaylı turist gəlir. Hazırda əsas istiqamətimiz xidmət səviyyəsində keyfiyyət dəyişikliyinə nail olmaqdır”.
 
Nazir əlavə edib ki, yeni hazırlanan "Turizm haqqında” qanun layihəsində beynəlxalq təcrübədən istifadə edilir: 

"Yeni layihə Milli Məclisdə müzakirə olunacaq. Bu qanunun qəbulu inkişafı daha da sürətləndirəcək. Artıq əminliklə deyə bilərik ki, Azərbaycanın yeni strategiyasında turizm özünəməxsus yer tutur”.

Aytən.H
BAKU.WS