SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda velosipedlərin hərəkəti üçün xüsusi zolaqlar çəkilməsi hələlik gündəmdə deyil.

Bu barədə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin BAKU.WS-ə verdiyi məlumata görə, hələlik bu planda deyil. Onun sözlərinə görə, gələcəkdə şəhərdə yeni yol salınarsa bu məsələyə baxıla bilər.

"Bunu mövcud yollarda etmək mümkün deyil. Bununla bağlı standartlar da müəyyənləşməyib. Lakin yaxın gələcəkdə yenidən qurulan yollarda belə bir təcrübə tətbiq edilə bilər”, - deyə Anar Nəcəfli bildirib.

Ziya Səccad
BAKU.WS