SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Elnur Valehə maddi dəstək göstərilib. 

BAKU.WS xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamlarından biri meyxanaçının müalicəsi üçün 10 000 AZN pul göndərib. 

Bu barədə ilk məlumatı "shownews" səhifəsi yayıb.

Xatırladaq ki, Elnur Valehin hər iki böyrəyi fəaliyyətini dayandırıb. O, müalicə olunmazsa, həyatını itirəcəyini bildirib. 

BAKU.WS