VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İddia olunur ki, bank əməkdaşı səhv edib, amma bununla belə müştəridən əlavə kommissiya haqqı istənilib.

Şikayətçi Bayram Həmidlinin sözlərinə görə, qohumu xarici ölkəyə pul yollamaq istəsə də, üç cəhdi uğursuz alınıb.

Vətəndaşın iddiasına görə, buna səbəb bank əməkdaşının pul göndəriləcək adamın adını iki dəfə səhv qeyd etməsi olub. Üçüncü dəfə də isə vətəndaşdan pulun yenidən göndərilməsi üçün əlavə komissiya haqqı tələb edilib.

Problemlə bağlı bankdan bildirilib ki, vətəndaşın iddiası əsassızdır. Pulu qəbul edəcək adamın adının səhv qeyd edilməsinin səbəbi müştərinin həmin şəxsin adını və soyadını iki dəfə yanlış deməsidir. Ancaq vətəndaşın etirazından sonra alıcının adı düzəldilərək rüsum tələb edilmədən pul yenidən ona göndərilib.

Ekspertlərin belə problemlərin yaşanmaması üçün bir sıra tövsiyələri var.

Mütəxəssis Anar Ramazanov deyir ki, məlumatlar sistemə rəsmi sənəd əsasında qeyd edilməlidir ki, səhv ehtimalı minimuma endirilsin və problem olduqda əldə sübut olsun.

Banklar isə vətəndaşların bu cür ödənişlər zamanı məlumatı yenidən yoxlamasına şərait yaratmalıdırlar.

xezerxeber-in mövzu ilə bağlı ətraflı videomaterialını təqdim edir:
 
BAKU.WS