SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
 
BAKU.WS