VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azəristiliktəchizat” ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, layihə səhmdar cəmiyyətinin fəaliyyətinin müasirləşdirilməsini və dünyadakı ən yaxşı təcrübələrə uyğun qurulması işinin tərkib hissəsidir. Bizdən istilik xidməti alan yaşayış binalarında sayğaclaşdırma hələ ki nəzərdə tutulmur. Qeyri-əhali seqmenti dövlət və özəl müəssisələri əhatə edir. Pilot layihənin əsas məqsədi “Azəristiliktəchizat”ın fəaliyyətinin səmərəliliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır. Abonentlər üçün isə sayğaclaşdırmanın ən böyük faydaları istifadə etdikləri istilik enerjisinin dəqiq və dolğun uçotunu aparmaq, daha dəqiq resurs planlaşdırması aparmaq, istifadə etdikləri enerjiyə mütənasib ödəniş aparmaqla nağd vəsaitlərinə qənaət etməkdir. Layihə ilə bağlı müvafiq şirkətlərlə danışıqlar aparılır. Sayğaclaşdırma prosesinin növbəti mərhələləri barədə pilot layihənin nəticəsinə uyğun qərar veriləcək.

Azərbaycanda istilik mövsümü noyabrın 15-dən başlayır. 2022-2023-cü illər payız-qış mövsümündə Bakıda və regionlardakı 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 3 879 yaşayış binası, 280 məktəbi, 160 uşaq bağçası, 164 səhiyyə müəssisəsi, 2 052 sosial - təsərrüfat obyektinin istiliklə təmin edilməsi nəzərdə tutulub.

BAKU.WS