SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gündən etibarən Bakıda daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

İlk mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib. Ümumilikdə yaxın zamanlarda daha 400 avtobusda validatorların quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, vahid kart sisteminin tətbiq edildiyi 15 marşrut xəttində və Bakı metropolitenində gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir.

Kart vasitəsilə ödənişin tətbiqi Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qoyulan tələbə uyğun olaraq həyata keçirilir.

Nazim Babayev
BAKU.WS