SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Naxçıvan Muxtar Respublikasında hər on min nəfərə 15 həkim düşür.

"Report" xəbər verir ki, bu gün 207-si rayonlarda olmaqla muxtar respublikada əhaliyə 229 tibb müəssisəsi tərəfindən xidmət göstərilir.

Həmin tibb müəssisələrində 686 həkim, 2 min 72 orta tibb işçisi çalışır ki, bu, muxtar respublika üzrə hər 10 000 nəfərin 15 həkim, 46 orta tibb işçisi ilə təmin olunması deməkdir.

Qeyd edək ki, muxtar respublikada 5 özəl tibb müəssisəsi də fəaliyyət göstərir.
 
BAKU.WS