SİZİN REKLAM BURADA!
055 213 76 73


Dəniz bioloji resurslarının öyrənilməsinə dair monitorinq keçirilib.

Bunu BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib.

Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə keçirilən kompleks ekoloji monitorinqlər zamanı götürülmüş plankton, zoobentos nümunələrinin laborator analizləri balıqların təbii yem bazasını, nərəcinsli və digər qiymətli balıq növlərinin populyasiya sayını və vətəgə ehtiyatını təyin etməyə imkan yaradacaq.

Onun sözlərinə görə, tədqiqatların nəticələrinin müqayisəli təhlili əsasında Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozları müəyyən ediləcək.

BAKU.WS