SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 6-da saat 08:00-dan avqustun 8-i saat 20:00–a qədər Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, buna səbəb aparılacaq təmir işlərinin aparılmasıdır.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, edilən tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

BAKU.WS