SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün bəzi rayonlarda qaz olmayacaq. 

Bu barədə "Azəriqaz İB"dən BAKU.WS-ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində baş vermiş yüksək riskli qaz sızmasının ləğvi ilə bağlı təcili və təxirəsalınmaz təmir-bərpa işlərinin aparılması məqsədilə 21.07.2022-ci il tarixdə saat 11:00-dan etibarən təmir işləri başa çatanadək “Oğuz” QPS-dən qidalanan “Turan qəsəbəsi” ölçü qovşağından və “Yaqublu” QPS-dən qidalanan “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatı dayandırılması planlaşdırılır.
Təmir müddətində Oğuz rayonun tam olaraq, Şəki rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Təmir işlərinin gedişatından asılı olaraq Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında da məhdudiyyətin yaranma ehtimalı var.

BAKU.WS