SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhəri Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Binəqədi rayonu Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
 
BAKU.WS