VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Hər keçən il Azərbaycanda boşanmaların sayı artır. Bunların arasında uşaq olmayan ailələr üstünlük təşkil edir. Bunu elə statistikada da müşahidə etmək olur.
 

BAKU.WS bildirir ki, Statistika Komitəsindən azvision.az-a verilən məlumata görə, 2015-ci ildə 12 764 nikahın pozulması halı qeydə alınıb. Boşanmaların 6 950-i uşağı olmayan ailələrdə reallaşıb.

Məlumatda, həmçinin qeyd edilib ki, ötən il nikahın pozulması 2 838 bir uşaqlı, 2 976 iki və daha çox uşaqlı ailələrdə qeydə alınıb. Boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 9 378 nəfərdir.

2014-cü ildə isə bu rəqəmlər bir qədər azdır. Belə ki, 2014-cü ildə 12 088 boşanma olub ki, bunun 6 840-i uşaqsız ailələrdə, 2 798-i bir uşaqlı ailələrdə, 2 450-i isə iki və daha çox uşaqlı ailələrdə reallaşıb. Nəticədə 8 196 uşaq valideynlərdən biri ilə qalıb.
 
BAKU.WS