SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən BAKU.WS-ə bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalının qarşısına qədər sıxlıq;

2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalının qarşısından 20 Yanvar dairəsinə qədər əsas və kənar yolda sıxlıq;

3. Binəqədi şosesində - mərkəz - "Azadlıq prospekti" metrostansiyası istiqamətində Biləcəri-"Baksol" yolu ilə kəsişməyədək sıxlıq;

4. Rövşən Mustafayev küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində;

6. Ziya Bünyadov prospektində - Olimpiya stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

7. Abdulvahab Salamzadə küçəsində - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq;

8. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsinə qədər sıxlıq;

9. Aeroport şosesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq;

10. Heydər Əliyev prospektində - "Koroğlu" metrostansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas yolda və Bağırov körpüsündən Heydər Əliyev Mərkəzinin yanına qədər kənar yolda;

11. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;

12. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən Heydər Əliyev prospekti istiqamətində;

13. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstü sıxlıq;

14. Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Mərkəzi Bankın qarşısına qədər;

15. 28 May küçəsi – R.Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;

16. Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.

BAKU.WS