SİZİN REKLAM BURADA!
055 213 76 73


Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O qeyd ki, virusun yoluxdurucu olması üçün şərtlər var:

“Səpgilərlə yanaşı, limfa düyünlərinin şişməsi baş verir ki, bu da xarakterikdir. Bu zaman da insanlar özlərini izolyasiya etməyə çalışırlar. Bu da prosesin pandemiyaya çevrilməsinin qarşısını alır. Virusa yoluxmaq üçün sıx və çox yaxın təmas olmalıdır. Dəri səthində olan yaralarla təmas olmalıdır ki, yoluxma olsun”.

BAKU.WS