SİZİN REKLAM BURADA!
055 213 76 73


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətlərini vahid sistem üzərindən əldə etmək məqsədilə yeni portal istifadəyə verilib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bununla bağlı RİNN-in tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən Vahid Elektron Xidmətlər Portalı – portal.rinn.az yaradılıb.

Nazirlik müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir.

İndi isə bütün xidmətlər vahid portalda toplanılır. İlkin mərhələdə 6 xidmət portala inteqrasiya edilib, digər 51 xidmətin isə yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

BAKU.WS