VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"And içmişdim ki, Şuşa azad olunmayana qədər bu festival bir də keçirilə bilməz".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O bildirib ki, festival Şuşanın işğalından sonra təxirə salınmışdı:

"Andımıza sadiq qaldıq. Mən çox şadam ki, Şuşanın işğaldan azad olunmasından dərhal sonra cənab Prezident festivalın bərpası haqqında sərəncam verdi. Qarabağda, Şuşada yenidən olmaq, yenidən "Xarıbülbül" festivalında yenidən iştirak etmək böyük xoşbəxtlikdir".

BAKU.WS