SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi yaradır.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki bildirib.

Onun sözlərinə görə, Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi üçün layihələr hazırlanıb. Nazir müavini qeyd edib ki, işlər sürətlə həyata keçirilir:

“Türkiyə Azərbaycanla meşəçilik sahəsində texniki əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli əlaqələri daha yaxşı səviyyəyə çatdırmaq üçün lazımi səyləri göstərəcək”.

BAKU.WS