VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Whatsapp” messencerində söhbətlərdə yeni funksiya mövcud olacaq.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalının ekspertləri istifadəçiləri məlumatlandırıb.

Portalın məlumatına görə, “WhatsApp”ın kompüterlər üçün 2.2218.0 nömrəsi altında beta versiyasında hər mesajın yanında sürətli cavab düyməsi peyda olub. Bunun üzərinə klikləməklə istifadəçi dərhal mesaj yazıb həmsöhbətinə göndərə bilər.

Hazırda messencerdən kompüterdə istifadə edən istifadəçilər üçün çatda cavab verməyin yalnız bir üsulu mövcuddur. Onlar mesajı sürüşdürməli, görünən hissəni klikləyib “Cavab vermək” bəndini seçməlidirlər.

Bildirilir ki, mesajlara operativ cavab vermək qabiliyyəti hələ də inkişaf mərhələsindədir. Onun nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı dəqiqləşdirilməyib.

BAKU.WS