VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad şəhərinin 6 mərkəzi küçəsinə şəhidlərin adları verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, adların verilməsində məqsəd onların adlarının əbədiləşdirilməsidir.

Bunlar Aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyev, Vətən müharibəsi şəhidləri Şahlar Cəfərov, Anar Məmmədov, Aqşin Quliyev, Firavan Əsgərov və Fərhad Məlikzadədir.

Qeyd edək ki, sözügedən şəhidlərin hamısı Sabirabad rayonunda anadan olublar.

BAKU.WS
QALEREYA