SİZİN REKLAM BURADA!
055 213 76 73


 
27.07.2016 tarixində Azadinform- informasiya agentliyində adı və soyadı qeyd olunmayan müştərinin iddiasına əsasən Park Bulvar AVM kimi yerli və xarici qonaqların sevimli məkanı olan, Milli Parkın simvoluna çevrilən bir yer haqda "dələduz” kimi xoşagəlməz ifadələrin işlənməsi bizdə həm təəssüf, həm də təəccüb dogurdu.
 
Park Bulvar AVM-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, adı qeyd olunmayan vətəndaş təhlükəsizlik və AVM-in dayanacaq xidməti haqda daxili normativ qaydalarından kənara çıxaraq ərazidə gecə saat 03.00-dan sonra avtomobil saxlayıb. Bunun müqabilində naməlum müştəri dayanacaq haqqını ödəyib.
 
"Bu addımı atmagımızın əsas səbəbi Park Bulvar AVM-ə üz tutan müştərilərin təhlükəsizliyidir. Bir daha qeyd edirik ki, Park Bulvar AVM-də ancaq magazalarımız, restoran və ya Park Cinema fəliyyət göstərildiyi müddətdə avtomobil saxlamaq olar. Bu haqda müştərilərin avtomobili əraziyə daxil oldugu zaman avtomatdan aldıqları çekin üzərində məlumat qeyd olunur. Müştəri bu məlumat əsasında dayancaq xidmətlərimizdən istifadə edə bilər. Park Bulvar AVM-in dayanacagından fəliyyət göstərdiyimiz müddətdə yararlanmaq olar. Gün ərzində minlərlə insanın əyləncə və ya alış-veriş üçün üz tutdugu məkanda gecə saatlarında təmizlik və başqa cari işlər görülur. Müştəri AVM –in təhlükəsizlik və dayanacaq xidməti haqda daxili normativ qaydalarına riayət etməlidir. Əsas prioriteti müştərilərin təhlükəsizliyi və məmnuniyyəti olan Park Bulvar AVM-in bu Istiqamətdə atdıgı hər bir addım qanunidir və qanun cərcivəsində tənzimlənir". 

Xatırladaq ki, bir neçə gün öncə mətbuatda ""Park-Bulvar”da qalmaqal" kimi təqdim olunan məlumatlar yayımlanıb. Belə ki, yayılan məlumatda qeyd edilir: "İyunun 25-də saat 18:19 radələrində paytaxt sakini öz avtomobilini "Park-Bulvar”ın pullu yeraltı dayanacağına qoyub. Bir neçə saat sonra qəfildən səhhəti pisləşib və avtomobilini həmin gün götürə bilmir. Bir gün sonra, iyunun 26-da saat 21:11-də avtomobilini götürmək üçün adıçəkilən obyektə üz tutur. Lakin burada ona qeyri-adi və qanunsuz ittiham irəli sürərək 52 manat cərimə yazıldığını bildirirlər. Səbəbini soruşduqda isə deyilir ki, bəs, saat 03-dən sonra burda maşın saxlamaq qadağandır, buna görə cərimə 50 manatdır. Vətəndaş bildirir ki, maşını dayanacağa saat 03-dən sonra qoymayıb, gündüz vaxtı qoyub və hər saata görə də ödənişi etməyə hazırdır. Lakin əyləncə mərkəzinin əməkdaşları heç bir qanuni əsas gətirmədən vətəndaşdan 52 manat cərimə ödəməsini tələb edirlər".
 
BAKU.WS