SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Zərdab və Ucar rayonlarının qaz təchizatında fasilə yaranacaq.

BAKU.WS “Azəriqaz” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və siyirtmənin quraşdırılması ilə əlaqədar aprelin 27-də saat 09:00-dan işlər başa çatanadək “Zərdab”, “Lək” QPS-lərdən, “Zərdab asfalt beton zavodu” və “Ucar Pambıq emalı zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Zərdab rayonunun tam olaraq, Ucar rayonunun isə 8 kəndinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” müvəqqəti narahatlığa görə üzr istəyir.

BAKU.WS