VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8-10 aprel tarixlərində Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) Biləsuvarda əmək hüquqlarının müdafiəsi ilə bağlı vətəndaşlarla ictimai görüş və təlim keçirib.

BAKU.WS xəbər verir ki, ictimai görüşdə müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışan işçilər, müəyyən iş yerlərinin rəhbər şəxsləri və insan resursları üzrə mütəxəssislər iştirak edib və Biləsuvarda əmək hüquqlarının durumu müzakirə olunub.

ILRA-nın həmtəsisçiləri Asif Oruclu və Fərid Rustamzadə əmək hüquqlarının müdafiəsi üçün mövcud hüquqi mexanizmlər, ILRA-nın işçilərin əmək hüquqlarının qorunmasında rolu, əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi perspektivləri ilə bağlı məlumat veriblər.

Görüş zamanı o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı vətəndaşların fikirləri və təklifləri dinlənilib, əmək hüquqları ilə bağlı iştirakçıların müxtəlif sualları cavablandırılıb. Tədbirdən sonra bəzi vətəndaşlar üçün hüquqi konsultasiya təşkil olunub.

Eyni zamanda, insan resursları mütəxəssisləri və aktiv işçilər üçün əmək hüquqları ilə bağlı intensiv təlim keçirilib. 4 moduldan ibarət olan təlim sessiyası zamanı iştirakçılara əmək hüquqları üzrə ən çox rast gəlinən pozuntular barədə əmək qanunvericiliyinin tələbləri və müdafiə mexanizmləri ilə bağlı praktiki məlumatlar verilib. Yekunda imtahanı uğurla keçib təlim sessiyasından məzun olan iştirakçılar sertifikatla təltif edilib.

Qeyd edək ki, Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) Azərbaycanda işçilərə münasibətdə əmək qanunvericiliyi çərçivəsində əmək hüquqlarının təmin edilməsinə dəstək göstərir. Bu məqsədlə ILRA əmək hüquqları sahəsində maarifləndirmə tədbir və kampaniyaları təşkil edir, vətəndaşlara pulsuz hüquqi yardım göstərir və müvafiq qurumların fəaliyyətini yaxından izləyir.

BAKU.WS
QALEREYA