SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İsveçdə müsəlman dövlət məmuru qadınların əlini sıxmaqdan imtina etdiyi üçün işdən çıxarılıb.
 
BAKU.WS-in məlumatına görə, ölkənin cənubunda yerləşən Helsinborq şəhərinin bələdiyyəsində işləyən kişi tutduğu əmələ görə cəzalandırılıb. Məmurun sözlərinə görə, qadınlarla əl sıxmaq onun dini inanclarına ziddir. 

Ancaq bu izahat bələdiyyə sədrini qane etməyib. Bələdiyyənin əməkdaşı hüquq bərabərliyi prinsipini pozduğu üçün işindən kənarlaşdırılıb. Qadınlar həmkarlarının münasibətini kəskin tənqid ediblər və diskriminasiyaya məruz qaldıqlarını bildiriblər. 

BAKU.WS