VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı karate üzrə dünya çempionu, FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi Füzuli Musayevdir.

Dünya çempionu uşaqlığından, idmana gəlişindən, hüquq-mühafizə orqanlarında çalışarkən sui-qəsdə uğramasından danışıb.

“Cinayətkarlara qarşı çox qəddar idim. Yaxınım da olsa, ona qarşı mübarizə aparırdım. Gözləmədiyim bir yerdə məni oldürmək istədilər, amma alınmadı”, - deyə F. Musayev qeyd edib.

O, mediada haqqında yazılanlara normal reaksiya verdiyini deyib.

“Haqqımda istədiklərini yaza bilərlər. Hər şeyin sübutu olmalıdır. Hər bir yazıya sübut axtarmağım o deməkdir ki, həmin səhvi etmişəm. Heç nəyi sübut etmək lazım deyil”, - deyə əlavə edib.

BAKU.WS
VİDEO