SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan üfüqünə uyğun olaraq bu il müqəddəs Ramazan ayı Miladi tarixlə aprelin 2-nə təsadüf edəcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) BAKU.WS-ə bildirilib. 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı böyük coşğu ilə qarşılanır və əhali bu ayda oruc tutmaq, savab iş görmək və xeyirxah işlərə təşəbbüs göstərir. 

Dünyada iki ildən çoxdur hökm pandemiya hökm sürməsinə baxmayaraq müsəlmanlar müqəddəs ayda oruc tutmaqdan yayınmayıblar. Hətta xəstəliyin tüğyan etdiyi illərdə belə həm ölkəmizdə, həm də dünyada müsəlmanlar Ramazan ayının vacib orucunu tutublar.

Eyni zamanda sağlam, səhhəti normal olan və heç bir şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil.

Nəzərə almaq lazımdır ki, günün böyük hissəsini yeməkdən uzaq durmaq və oruc tutmaq ömrü uzadır, həmçinin bir çox xəstəliyin qarşısını alır. Bu fikirlər “New England” tibbi jurnalında dərc edilən məqalədə də öz əksini tapıb. Bildirilir ki, günün 6-8 saatını qidalanıb yerdə qalan 16-18 saatını yeməkdən imtina bir çox xəstəliyin qarşısını almaqla yanaşı, qan təzyiqini aşağı salır və ömrü uzadır.

Orucun piylənmə, şəkər və ürək çatışmazlığının müalicəsində bir üsul kimi təqdim edilə biləcəyi vurğulanan məqalədə bunun üçün “gündəlik məhdud istehlak” və “həftədə iki gün oruc tutmaq” kimi iki üsul təqdim edilib. İnsan və heyvanlar üzərində aparılan təcrübəyə istinad edilən araşdırmada həmçinin göstərilir ki, vaxtaşırı oruc tutmaqla maddələr mübadiləsini də bərpa etmək mümkündür. Həmçinin bu üsul hüceyrə sağlamlığına müsbət təsir göstərib.

Orucun faydalı tərəfləri olduğu halda, xəstə insanların oruc tutmaq arzusu isə heç də qəbulolunan deyil. Çünki İslam dininin qaydaları insanların özlərinə ziyan vurmasına, xəstəliklərini şiddətləndirməsinə və həyatı üçün təhlükə yaradacaq hallara yol verməsinə izacə vermir. 

Ramazan ayında kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:

  1. Həddi-büluğa çatmamış uşaqlar;
  2. Psixi cəhətdən qeyri-normal şəxslər;
  3. Qocalıb əldən düşmüş şəxslər;
  4. Aclıq və susuzluğa heç cür tab gətirməyən daimi xəstələr.

Daha dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:

  1. Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;
  2. Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.
  3. Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);
  4. Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.

Qeyd edək ki, səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə).

BAKU.WS