SİZİN REKLAM BURADA!
055 213 76 73


“Antibiotiklərin həkim təyinatı olmadan istifadəsi təhlükəlidir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, antibiotik rezidentliyi təbii bir proses olduğu üçün onun qarşısını almaq mümkün deyil:

“Lakin bu rezidentliyin yaranmasını ləngidə bilərik. Burada insanların üzərinə düşən ilk olaraq bunu hiss etməkdir.

Cəmiyyət olaraq anlamalıyıq ki, antibiotiklər infeksion xəstəliklərin müalicəsində ən effektiv silahdır. Amma ondan lazımsız istifadə sabah bu silahların yararsız olmasına səbəb ola bilər. Yəni antibiotiklərdən həkim məsləhəti olmadan, özbaşına istifadə düzgün deyil”.

E.Quliyev deyib ki, antibiotikin göstərişi olan və olmayan hallar var:

“Məsələn, adətən insanlar qrip və soyuqdəymə zamanı həkim məsləhəti olmadan antibiotik istifadə edir. Amma virusların törətdiyi xəstəliklərdə antibiotik işə yaramır. Hər bir dərmanın əlavə təsiri var.

Eləcə də antibiotiklərin istifadəsi zamanı 5% əlavə təsir riski var. Antibiotik rezisdentliyi də yarana bilər. Bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır. Yəni antibiotik həmin bakteriyaları məhv edə bilmir”, – o deyib.

BAKU.WS