SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.

BAKU.WS Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə məlumatda bildirilir.

BAKU.WS