VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Moskvada "Poklonnaya qora”dakı məscidin yaxınlığında qurulmuş "Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

BAKU.WS AzərTac-a istinadən məlumat verir ki, Rusiya Müftilər Şurasının dəstəyi ilə təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 800-dən çox insan iştirak edib.

Əvvəlcə "İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb, habelə Ramazan bayramına həsr edilən şeirlər səsləndirilib. Müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.

"Ramazan çadırı” mədəni-xeyriyyə tədbiri çərçivəsində Azərbaycan Gecəsinin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva Müsəlmanları Ruhani İdarəsi adından ünvanlanan təşəkkür məktubu oxunub. Məktubda vurğulanır ki, Moskva müsəlmanlarının mədəni-xeyriyyə layihəsində iştirak xalqların birləşməsinə, yaxınlaşmasına və qarşılıqlı mədəni inteqrasiyasına, ənənəvi dini-mənəvi dəyərlərin dirçəlişinə xidmət edir.

BAKU.WS