VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad AbbasovU ermənilər təhdid edir. 

BAKU.WS məlumat verir ki, bu barədəhaqda jurnalist "Facebook" hesabında yazıb:

"Əziz dostlar, ermənilərin təhdidləri real xarakter almağa başlayıb. Facebook-da anonim mesajlardan doymayıb, şəhərdə önümə kəsərək açıq-aşkar qorxutmağa çalışırlar. Bu təhdidlərə qarşı qanun çərçivəsində nə edə bilərik? Xahiş edirəm, Moskvadaki hüquq müdafiəçiləri və vəkil dostlarımız mənə məlumat versinlər"-, deyə jurnalist qeyd edib.
 
Qeyd edək ki, cəbhə xəttində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov 6 il işlədiyi Türkiyənin İxlas Xəbər Agentliyindəki işindən uzaqlaşdırılmışdı. 

Jurnalistə göndərilən məktubda buna səbəb kimi Moskvada işlərin yaxşı getməməsi göstərilib. Lakin jurnalist bu iddiaları təkzib etmişdi. O, Rusiyanın televiziya kanallarında dəvət olunduğu verilişlərdə Azərbaycanı müdafiə etdiyi üçün işdən çıxarıldığını bildirmişdi. 
 
BAKU.WS