SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən il Azərbaycanda körpələrə qoyulan qəribə adlar məlum olub.

BAKU.WS xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, 2021-ci il ərzində valideynlərin övladlarına qeyri-adi adlar verməsi geniş yayılmasa da, belə hallara rast gəlinib.

Belə ki, ötən il Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala, KoroğluHəci adlarının hərəsi bir uşağa verilib.

Eyni zamanda, 2021-ci il ərzində iki uşağa Qəribə, iki uşağa Gilə və daha iki uşağa isə Dua adı qoyulub.

Xatırladaq ki, ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar sırasında Əli və Zəhra üstünlük təşkil edib.

BAKU.WS