SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"İnternet şəbəkəsinə çıxışın keyfiyyəti ilə bağlı problemlər həmişə internet-servis-provayderlərdən asılı deyil".

BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, internetə çıxışın keyfiyyətinə məlumatların ötürülməsinin sürətinə abonentin telefon xəttinin nasazlığı, qeyri-düzgün installyasiya, kompüterin virusa yoluxması və s. aspektlər təsir edə bilər: "Buna görə də günahı yalnız internet provayderlərin üzərinə atmaq düzgün deyil".
 
BAKU.WS