SİZİN REKLAM BURADA!
055 213 76 73


"30 ay davamlı olaraq bir işdə çalışan şəxslər işdən çıxdıqdan sonra onlara işsizlikdən sığorta haqqında qanunla konpensasiya düşür. Həm işə götürən, həm də sığortalı işçidən 0,5 faiz əməkaqqından tutulma olur".

BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan sığorta eksperti İlkin İbrahimov bildirib.

O əlavə edib ki, əgər işsiz işdən ixtisar olunubsa, onun 24 ay bir yerdə işləməsi yetərlidir: "Həmçinin işçinin bağladığı müqavilə bitirsə, onda minimum əməkhaqqı ilə bağlı Dövlət Məşğulluq Xidmətinə müraciət etməlidir".

Qeyd edək ki, son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66% (o cümlədən dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.

BAKU.WS
VİDEO