SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyi paytaxtın Səbail rayonunda yerləşən funikulyorun yol xəttinin inşaat konstruksiyalarının möhkəmləndirilməsi və təmir-bərpa işləri üçün açıq tender elan edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 16:40-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 21-i, saat 16:35-ə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlərlər. Telefon: (012) 594-65-94.

Tenderin nəticəsi dekabrın 22-si, saat 16:40-da portalda açıqlanacaq.

BAKU.WS