SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Yaxın 2 gündə Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 21-27, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi şimal və qərb  rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.
 
BAKU.WS