SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı nəqliyyatında yenilik olacaq. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın BAKU.WS-ə verdiyi məlumata görə, yenilik Yeni Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq taksi xidməti göstərən fərdi sahibkarların idarə etdiyi avtonəqliyyat vasitələrində tədbiq ediləcək.

Belə ki, sürücünün əyləşdiyi oturacağın arxasında sürücünün adını, soyadını və hər hansı şikayət olacağı təqdirdə sərnişinin müraciət edə biləcəyi qaynar xəttin nömrəsini əks etdirən lövhə olacaq.

Bənzər təcrübə "BakuBus"un avtobuslarında həyata keçirilib. Qeyd edilən avtobuslarda xidmət edən sürücünün adı soyadı və şikayət üçün telefon nömrəsi, email ünvanı qeyd edilib. 
 
BAKU.WS