SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyev Gəncədə dəfn olunub.

BAKU.WS xəbər verir ki, şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***14:09

Dünən erməni hərbçilərin təxribatı nəticəsində şəhid olan Əliyev Natiq Yusif oğlu ilə Gəncə şəhərində vida mərasimi keçirilir.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, vida mərasimində şəhid hərbçimizin yaxınları, döyüş yoldaşları, rəsmilər iştirak edir.

Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan çavuş Natiq Əliyev ailəli olub, 1 övladı var.

Şəhidimiz Laçın və Kəlbəcər arasında düşmən təxribatının qarşısını alarkən şəhadət zirvəsinə ucalıb. Allah rəhmət eləsin!

BAKU.WS
QALEREYA