SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt sürət qatarının hərəkətində yenidən problem yaranıb. 

BAKU.WS xəbər verir ki, səhər saatlarında 08:18-də Biləcəridən yola düşməli olan qatar stansiyaya gec çatıb.

Bundan əlavə yolda olarkən qatar texniki problemlər səbəbindən bir qədər də ləngiyib. Nəticədə qatar mənzil başına 20 dəqiqə gec çatıb.

Qeyd edək ki, qatarı idarə edən maşinist sərnişinlərə texniki nasazlıqla bağlı məlumat verib.

BAKU.WS